Tikinti xərclərini əvvəlcədən hesablayın və nəzarətdə saxlayın
Çertyojdan material smetası, qəbzin şəklindən xərc jurnalı. Telefonda, Azərbaycan dilində, bir yerdə.
AI Smeta
Layihəni (PDF və ya çertyojun şəkli) yükləyin: süni intellekt fundament, kolon, rigel və plitələri tapır, beton (m³), armatur (diametrlər üzrə kq və ton), qəlib və dikt miqdarını hesablayır. Bilinməyən ölçüləri sizdən soruşur, rəqəm uydurmur. Nəticə Excel-də.
Evimin xərcləri
Qaimənin şəklini çəkin və ya xərci əl ilə yazın: material, usta haqqı, texnika. Gün, ay və kateqoriya üzrə cəmlər, ödənilməmiş borclar, büdcədən qalan və Excel hesabatı.
Digər alətlər
Bələdçilər
Əlaqə
E-poçt: support@tehvil.az
Telefon və WhatsApp: +994 50 306 66 26
Ünvan: Bakı, Səbail rayonu, Badamdar qəsəbəsi, 26-cı küçə, 20